Xəbərlər

“Yarımçıq əlyazma”nın odisseyası davam edir
10 fevral, 2013 15:46

Yazıçı Kamal Abdullanın postmodern üslubda qələmə aldığı “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi qarşılanmış, həm filoloji, həm də sosiomədəni səciyyə daşıyan diskussiyalar doğurmuşdur.
AzərTAc xəbər verir ki, bənzərsiz üslubu və yazı manerası ilə oxucuların könlünə yol tapan romanın odisseyası davam edir. “Yarımçıq əlyazma” (“The İncomplete Manuscript”) bu günlərdə ABŞ-ın nüfuzlu “Strategic Book Publishing and Riphts Agensy (SBPR)” nəşriyyatında nəfis tərtibatda çap edilmişdir. 
“Yarımçıq əlyazma”nın ABŞ nəşrinin ön sözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssis Maks Statkiyeviç yazmışdır.
Kitabı ingilis dilinə Azərbaycan və rus nəşrləri əsasında Anna Tomson tərcümə etmişdir. Nəşrin üz qabığında yer almış annotasiyada tanınmış ədəbiyyatşünas alimlər Maks Statkiyeviçin (ABŞ), Andrea Brinyonun (Fransa) və Niyazi Mehdinin (Azərbaycan) “Yarımçıq əlyazma” haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilmişdir.
Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.