Son 9 ildə Zərdabda 8 mindən çox yeni iş yeri açılmışdır
10 fevral, 2013 15:41
Zərdab rayonunda ötən il 300 yeni iş yeri açılmışdır.
Rayon Statistika İdarəsindən bildirmişlər ki, açılan iş yerlərinin hamısı daimidir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgədə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafına, yeni istehsal və sosial obyektlərin açılmasına, geniş tikinti-quruculuq və abadlıq işlərinin görülməsinə imkan vermişdir. Bütün bunlar da yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Ümumiyyətlə, son 9 ildə rayonda 8 mindən çox yeni iş yeri açılmışdır ki, bunun 4 min 257-si daimidir.