“Azneft” İstehsalat Birliyi (İB) cari ilin yanvar ayını qənaətbəxş göstəricilərlə başa vurmuşdur.
İB-də yanvar ayında neft hasilatı planı 101,2 faiz yerinə yetirilmiş, 573,5 min ton plana qarşı 580 min 633 ton neft hasil edilmişdir. Plandan əlavə 7 min 133 ton artıq neft çıxarılmışdır ki, bu da keçən illə müqayisədə 55 ton çoxdur. Neft təhvili planı 101,3 faiz yerinə yetirilmiş, 570 min 527 ton plana qarşı 577 min 875 ton neft təhvil verilmişdir ki, bu da 7 min 348 ton neftin artıq təhvil verildiyini göstərir.
İB yanvarda qaz hasilatı planını 101,3 faiz yerinə yetirilmiş və 477 min 320 kubmetrə qarşı 483 min 566 kubmetr qaz hasil edilmişdir. Qazın təhvili planı isə 103,0 faiz yerinə yetirilmişdir. Belə ki, 531,3 min kubmetrə qarşı 547 min 211 kubmetr qaz təhvil verilmişdir.