İrlandların türklərə "Eurovision" sürprizi
10 fevral, 2013 15:07
Türkiyənin qatılmayacağı, may ayında İsveçin Malmö şəhərində keçiriləcək 58-ci "Eurovision" mahnı müsabiqəsində türk dilində mahnı səslənə bilər. Anspress-in "CNNTürk"ə istinadla verdiyi məlumata görə, İrlandiyanı müsabiqədə təmsil edəcək mahnının seçimində 3 türk, 2 irandiyalıdan ibarət "Inchequin" adlı qrupun hazırladığı "Son kez" (Son dəfə) adlı mahnı finala qalan 5 mahnının arasına düşüb.
Mahnıda türk və ingilis dillərindən istifadə edilib.
Qeyd edək ki, İralndiya "Eurovision"da 7-də birincilik qazanıb. "Inchequin"in müəllimi isə İrlandiyaya 1980-ci ildə müsabiqədə birincilik qazandıran "What's Another Year" adlı mahnının bəstəkarı Şay Healidir.