Xəbərlər

Bərdədəki süni göllər quruyub
10 fevral, 2013 15:05

 EL TV-yə istinadən xəbər verir ki, əkin sahələrinin suvarılmasında su çatışmazlığından əziyyət çəkən rayonlardan biri də Bərdədir. Əvvəllər rayon ərazisində 10-dan çox süni göl olub.  Eyni zamanda su anbarları funksiyasını yerinə yetirən bu göllərdən 5-i  Xan Ərəb kəndinin ərazisində yaradılıb. Burada yığılan sudan
Soğanverdilər, Piyadalar, İmirli, Şərəfli, Xan Ərəb və Bəcirəvan kəndlərindəki əkin sahələrinin suvarılmasında istifadə edilib. Uzun illər ərzində kəndlilər əziyyət çəkmədən öz təsərrüfatını suvara biliblər. 

İndi isə həmin göllərin hamısı susuz qalıb. Həmçinin alternativ su mənbələrinin quruması həmin göllərdəki canlıların da məhvinə səbəb olub. Halbuki göllərin ətrafında yerləşən kəndlərin sakinləri bu şirin su hövzəsindəki çoxalan balıqlardan da istifadə ediblər.

İqtisadçı Mirzə Məmmədov deyir ki, alternativ suvarma mənbəyi olan anbarlara su ehtiyatı Xaçınçay, Tərtərçay və Yuxarı Qarabağ kanalından nasoslar vasitəsi ilə
vurulan su hesabına yığılıb. Bu sahəyə cavabdeh şəxslər bildirirlər ki, hazırkı vəziyyətdə həmin çaylar mənbələrini işğal altında olan ərazilərdən götürdüyündən ciddi problemlər mövcuddur. Çünki, ermənilər çaylara suyu buraxmır. Qış aylarında fasilələrlə buraxılan suyu isə göllərə yığmaq mümkün olmur. Kolxoz və sovxoz dövrlərindən fərqli
olaraq, kəndlilər növbəsiz və plansız əkin işləri apardığından artezian quyularından və Yuxarı Qarabağ kanalından nasoslarla vurulan su kifayət etmir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.