ABŞ İran kanalının yayımını dayandırdı
10 fevral, 2013 15:03
Anspress xəbər verir ki, Amerika Birləşmiş Ştatları və Kanada da İranın ingilis dilli xəbər kanalı olan "Press TV"nin peykdən yayımı dayandırılıb. Buna səbəb Birləşmiş Ştatlarda İrana qarşı tətbiq olunan sanksiyalar olub. "İntelsat" şirkəti kanalı peykdən kənarlaşdırıb. Hələlik peyk şirkəti bu qərarla bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, "Press TV" İran hökuməti hesabına maliyyələşdirilən ingilis dilli xəbər kanalıdır. Kanalın əsas redaksiyası paytaxt Tehranda yerləşir.