Xəbərlər

Azərbaycan XİN AB rəsmilərinin bəyanatını istintaqa müdaxilə kimi qiymətləndirir
10 fevral, 2013 14:53

 

Azərbaycan XİN Avropa Birliyinin rəsmi şəxslərinin bəyanatını araşdırmaya təyziq faktı kimi qiymətləndirir və istintaqa bu cür müdaxilənin yolverilməz olduğunu hesab edir. Bu barədə bazar günü brifinqdə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Heç kimin bu istintaqa bu cür müdaxilə etmək haqqı yoxdur", - Abdullayev deyib.

Abdullayev bildirib ki, AB-in Azərbaycana belə yanaşmasını rəsmi Bakı ədalətsiz və qeyri obyektiv qiymətləndirir.

"Təəssüf ki, AB-nin bəzi rəsmi şəxsləri mövcud şəraiti qeyri obyektiv qiymətləndirərək onu təhrif edir və hadisələrə ədalətdən kənar qiymət verirlər. Bu da təəcüb doğurur və sual yaradır - nəyə görə bizim regionda baş verən hadisələrə AB-nin münasibət bildirmədiyi halda Azərbaycana qarşı belə qeyri obyektiv yanaşma var? AB-nin bu cür yanaşması təəssüf doğurur və bu qurumun neytrallığının və obyektivliyinin üzərinə kölgə salır", - Abdullayev deyib.

Qeyd edək ki, Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycanda Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsindən narahatlıqlarını bildiriblər. Birgə yaydıqları bəyanatda AB-nin komissarları Azərbaycanı "məsələnin sürətli, ədalətli, şəffaf və müstəqil araşdırmasını təmin etməyə" çağırıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.