Xəbərlər

Serbiyanın birinci xanımı Dənizkənarı Milli Parkı gəzib
09 fevral, 2013 20:09

 

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Tomislav Nikoliçin xanımı Dragitsa Nikoliç fevralın 9-da Dənizkənarı Milli Parkı gəzib.

Gəzinti avtobusları ilə parkı gəzən qonağa məlumat verildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin Sərəncamı ilə Dənizkənarı bulvara "Milli Park" statusu verilmişdir. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkından sonra Avropada ikincidir.

Qeyd edildi ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib, yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri xidmət göstərir.

Qonağa Dənizkənarı Milli Parkın yeni tikilən hissəsi, "Yaxt-klub" restoran kompleksi, "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall", Dövlət Bayrağı Meydanı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni bina haqqında məlumat verilib. Qeyd edilib ki, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilib. Bu, Prezident İlham Əliyevin Azərbaycanın müasir simasının yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər silsiləsinin mühüm tərkib hissəsidir.

Sonra Serbiyanın birinci xanımı parkın ən gözəl guşələrindən biri - "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə olub. Bildirilib ki, 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Qeyd edilib ki, şəhərcikdə yaradılmış müasir iaşə obyektlərində həm Qərb, həm də Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim olunur. Əsaslı yenidənqurmadan sonra ötən il mayın 28-də istifadəyə verilmiş və əsl Venesiyanı xatırladan "Kiçik Venesiya şəhərciyi" öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verir. Serbiyanın birinci xanımı burada çay süfrəsinə qonaq oldu.

Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaratdı.

Daha sonra İçərişəhərə gələn xanım Dragitsa Nikoliç "YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" qalereyasında açılmış "PAT vəziyyəti" adlı sərgi ilə tanış olub. Məlumat verilib ki, sərgidə bu qrup gənc rəssamın əsərləri nümayiş etdirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.