Xəbərlər

Dəmir yolunun Karrar-Sığırlı mənzilində əsaslı təmir işlərinə başlanılıb
09 fevral, 2013 20:01

 

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir edilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən şənbə günü verilən məlumata görə, bu gündən Karrar-Sığırlı mənzilində 7 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işləri fevralın 15-dək davam edəcək. Bu işləri "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Fevralın 9-da səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 186 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.