ABŞ-da yağan qar 50 min insanı işıqsız qoyub
09 fevral, 2013 19:56
ABŞ-ın şimal bölgələrində müşahidə olunan intensiv qar 50 min insanı işıqsız qoyub. Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Massaçusets, Konnektikut və Vermont ştatlarında yağan qarın yaratdığı çətinliklər üzündən qatarların hərəkəti dayanıb.
Qalınlığı 35 santimetrə qədər olan qar eyni zamanda indiyədək 4 500-dən artıq təyyarə reysinin təxirə salınmasına səbəb olub.