Xəbərlər

Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilib
09 fevral, 2013 19:50

 

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilib.
Serbiya Prezidentini və nümayəndə heyətini bir daha Bakıda salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirib. 2011-ci illə müqayisədə 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Serbiyaya sərmayə qoyuluşunda yaxından iştirak edir və bu fəaliyyət iqtisadi əlaqələrin inkişafından xəbər verir. Bu səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafına zəmin yaratdığını deyən Prezident İlham Əliyev Serbiya-Azərbaycan mədəni və humanitar əlaqələrinin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir.

Beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində mövqelərimizin üst-üstə düşdüyünü vurğulayan Prezident İlham Əliyev deyib: "Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Serbiya dövlətinin başçısı Tomislav Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini deyib. İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Tomislav Nikoliç qeyd edib ki, Serbiya və Azərbaycanı xalqlarımız arasında olan yaxın əlaqələrin tarixi və strateji tərəfdaşlığa bağlılıq birləşdirir.
Serbiya dövlətinin başçısı ölkələrimiz arasında mədəni, elmi və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini bildirib. Serbiyanın Azərbaycan ilə dialoq və əməkdaşlığın inkişaf etdirilməsində hər zaman maraqlı olduğunu qeyd edən Prezident Tomislav Nikoliç deyib:
"Təmsil etdiyim ölkə üçün Azərbaycan dövlətlərimizin ərazi bütövlüyü məsələsində bizimlə eyni mövqeni paylaşan, son dərəcə vacib və yaxın bir tərəfdaşdır. Azərbaycan kimi Serbiya da çətinliklərlə üz-üzə gəlməkdədir və bu çətinliklərə, habelə bölgəmizdə yerləşən bütün ölkələrə ardıcıl, konstruktiv, adekvat və dostyana tərzdə yanaşmağa çalışır. Digər dövlətlər kimi biz də ölkəmizin ərazi bütövlüyünü, ləyaqətini və qanunlarını təhlükə altına qoya bilmərik. Buna baxmayaraq, biz yenə də dialoqun aparılmasına və bölgəmizdə hazırda mövcud olan ziddiyyətlərin ən mükəmməl və düzgün üsullarla həll olunmasına tam hazırıq".

Serbiya Prezidenti əmin olduğunu bildirib ki, xalqlarımız və ölkələrimiz arasında qurulan münasibətlər qarşılıqlı anlaşma və dəstəyin davamlı təkmilləşməsinin nümunəsi olaraq qalacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.