Xəbərlər

Eldar İbrahimov yenidən Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri seçilib
09 fevral, 2013 19:46

 

Bakıda Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin 10 illik yubiley konfransı keçirilib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, bütün fəaliyyət göstərdiyi dövrdə Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin inkişaf etdirilməsini qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, cəmiyyət azərbaycanlı və özbək elm işçiləri, deputatlar və digər ziyalılardan ibarətdir.

Azərbaycanda 400-ə qədər özbəkistanlının yaşadığını qeyd edən Eldar İbrahimov bildirib ki, iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da sıxlaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan dostluq cəmiyyəti yalnız mədəni tədbirlər keçirməklə kifayətlənməyərək, ölkələrin ictimai-siyasi həyatında baş verən hadisələrə də öz münasibətini bildirib.

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib ki, Azərbaycan-Özbəkistan dostluq cəmiyyəti ötən 10 il ərzində nüfuzlu ictimai təşkilata çevrilərək iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verib.

Səfir vurğulayıb ki, Özbəkistan Azərbaycanla əlaqələrə xüsusi önəm verir və özünün Cənubi Qafqazda ən etibarlı tərəfdaşı hesab edir. Fayziyev qeyd edib ki, Özbəkistan və Azərbaycanın dinamik inkişafı ikitərəfli əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün zəmin yaradır.

Tədbirdə Milli Məclisin deputatı Eldar İbrahimov növbəti dəfə Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri seçilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.