Xəbərlər

Azərbaycan və Serbiya prezidentləri Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak ediblər
08 fevral, 2013 23:32

Fevralın 8-də Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Serbiya Prezidentini və xanımını qarşıladılar.

Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoydular.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri xalq rəssamı, heykəltəraş Ömər Eldarov və memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb. Abidənin yerləşdiyi park abadlaşdırılıb, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı və xanımı, Serbiyanın Prezidenti və xanımı xalq rəssamı Ömər Eldarov ilə söhbət etdilər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycan və Serbiya prezidentləri açılış mərasimində çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Serbiya Prezidenti və xanımı abidənin müəllifi Ömər Eldarova təşəkkür etdilər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.