Xəbərlər

Oqtay Əsədov Pakistana səfər edəcək
08 fevral, 2013 23:29

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilati məsələlərə baxılacaq.

Əsədov tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi barədə fikirlərini bildirəcək. Səfər çərçivəsində parlament sədrinin toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.