Xəbərlər

Azərbaycan və Əfqanıstan fövqəladə halların idarə olunması üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər
08 fevral, 2013 22:34

 

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Caved Ludinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Eyni zamanda, görüş zamanı Əfqanıstanın fövqəladə halların idarə olunmasına məsul dövlət qurumları ilə birgə təlimlərin keçirilməsi, o cümlədən sözügedən dövlət qurumlarının əməkdaşlarının fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaq, öz növbəsində, Azərbaycanın bu ölkəyə göstərdiyi yardımları yüksək qiymətləndirib, həmçinin aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.