Xəbərlər

Səyyar Əmək Birjası fəaliyyətini Bakının Xətai rayonunda davam etdirib
08 fevral, 2013 22:29

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyətinin bütün sahələrində olduğu kimi, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların münasib iş yerləri ilə təmin olunması istiqamətində görülən işlərdə də müasir və effektli iş üsullarına üstünlük verir. Bu sahədə nazirliyin Dövlət Məşğulluq Xidməti tərəfindən yeni və səmərəli vasitə kimi tətbiq olunan Səyyar Əmək Birjası fevralın 8-də Bakının Xətai rayonunda fəaliyyətini davam etdirib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Xətai rayonu Bakının ən iri əmək ehtiyatlarına və güclü iqtisadi potensialına malik rayonlarından biridir. Tədbirin keçirilməsi üçün işaxtaran vətəndaşların maarifləndirilməsinə daha çox ehtiyac duyulan ərazi kimi rayonun Əhmədli qəsəbə inzibati ərazisi seçilib. Burada yerli vətəndaşlar Bakı şəhərinin müxtəlif müəssisələrində mövcud boş iş yerləri (vakansiyalar) ilə tanış olmaq imkanları ilə yanaşı, aktiv məşğulluq tədbirləri barədə yerindəcə məsləhət almaq, peşə kurslarına cəlb olunmaq imkanı qazanıblar. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Bakı şəhər Məşğulluq İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, bundan öncə Bakının Binəqədi, Nəsimi, Qaradağ, Nizami rayonlarında Səyyar Əmək Birjası təşkil edilib və işaxtaran vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, 2012-ci ilin yekunlarına görə, Xətai rayonunda Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 494 nəfəri işlə təmin olunub, 139 nəfərə işsizlik müavinəti təyin edilib, 64 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Ümumilikdə Bakı şəhəri üzrə ötən il Məşğulluq mərkəzləri tərəfindən 7639 nəfərin münasib işlərlə təmin edilməsinə, 1075 nəfərin peşə kurslarına cəlb edilməsinə nail olunub.

Cari il ərzində işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını daha da asanlaşdırmaq üçün 171 aktiv məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər içərisində Səyyar Əmək Birjasının təşkilinə də geniş yer veriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.