Xəbərlər

Həsənağa Turabovun 75 illiyi qeyd ediləcək
08 fevral, 2013 21:57

 

Bu ilin mart ayında Azərbaycanın böyük sənətkarı, xalq artisti Həsənağa Turabovun (1938-2003) anadan olmasının 75 ili tamam olacaq.

 Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək. Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaq.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib.

Həsənağa Turabov öz bənzərsiz oyunu ilə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik edib, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb. Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını dəyişib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.