Xəbərlər

Dünya Bankı Azərbaycana vergi imtiyazları üzrə strategiya hazırlamağı tövsiyə edir
08 fevral, 2013 21:26

 

Dünya Bankı (DB) Azərbaycana vergi güzəştləri və imtiyazları, eləcə də vergilərdən azad olunma üzrə strategiya hazırlamağı tövsiyə edir. Bu barədə DB-nin ölkə üzrə meneceri Larisa Leşenko cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda forumda çıxışı zamanı bildirib.

"Hansısa mərhələdə vergi güzəştləri və onlardan azad edilmə lazımdır, lakin onlar həmişəlik verilə bilməz. Zamanla onlardan ayrılmaq lazımdır", - Leşenko deyib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu gün ölkənin iqtisadi siyasətinin tərkib hissələrindən biri belə güzəştlərin verilməsidir, lakin zaman keçdikcə onların əhatəsi daralacaq.

"Bu gün biz azad iqtisadi zonalar, texnoparklar yaradırıq. Məsələn, kənd təsərrüfatı praktiki olaraq bütün vergilərdən azad edilib. Lakin zaman keçdikcə, aqrar sənaye kompleksi möhkəmləndikcə, biz bu azadolmaları aradan qaldıracağıq. Amma bu gün həmin güzəştlər lazımdır", - Səmədzadə bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.