Xəbərlər

Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün verilən imtahanların qəbulu qaydaları təkmilləşdiriləcək
08 fevral, 2013 21:23

Azərbaycanda sürücülük vəsiqələrinin alınması məqsədilə verilən imtahanların qəbulu qaydaları təkmilləşdiriləcək.  Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Əliyev bildirib ki, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı 11 regionda Baş Dövlət Yol Polisinin şöbələri fəaliyyət göstərir.

"Sürücülük vəsiqələrinin istər verilməsində, istərsə də dəyişdirilməsində hələ ki elə bir problem yoxdur. Amma cənab Prezidentin "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamında da göstərilir ki, sürücülük vəsiqələrinin alınmasında şəffaflığın təmin olunması, eləcə də daha da təkmilləşdirilməsi məqsədilə dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Prezidenti Adminstrasiyasına 2 ay müddətində müvafiq təkliflər verilməsi barədə tapşırıq verilib. Bu qaydalarda dəyişiklik ediləndə ictimaiyyətə məlumat veriləcək. İmtahanların qəbulunda qaydaların təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq", - Əliyev qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.