Azərbaycanın Baş naziri və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Prezidenti birgə işçi nahar ediblər
08 fevral, 2013 21:21
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 8-də birgə işçi nahar ediblər.
Səmimi söhbət zamanı Azərbaycan ilə Serbiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.