Xəbərlər

Azay Quliyev: Azərbaycan artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacaq
08 fevral, 2013 20:53

 

 Azərbaycan artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacaq.

Bu barədə millət vəkili Azay Quliyev Azərbaycanın peykinin orbitə buraxılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, şübhəsiz, bu peykin Azərbaycanın beynəlxalq nüfuzuna böyük təsiri olacaq, Azərbaycanın əldə etdiyi bu uğurlarla bu və ya digər formada digər ölkələr də razılaşmalı olacaq.

"Öz peykinə sahib olmaq heç də hər bir dövlətə, hər bir millətə müyəssər olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı və bu, Azərbaycanın müstəqilliyinin bir daha təsdiqlənməsidir", - Quliyev deyib.

O vurğulayıb ki, bu, Azərbaycanın nə qədər qüdrətli, nə qədər inkişaf etmiş və nə qədər 21-ci əsrin sivilizasiyasına uyğun inkişaf kursu götürmüş bir dövlət olduğunun konkret nümunəsidir.

"Azərbaycan bu peykdən ən müxtəlif məqsədlər üçün istifadə edəcək. Bu peyk, ilk növbədə, Azərbaycanı peyk sahibi olan ölkələr sırasına çıxaracaq, yəni beynəlxalq aləmdə nüfuzunu artıracaq. Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan artıq 3-cü ölkədir ki, öz peykinə sahib olur. Bölgədə isə Azərbaycan yeganə ölkədir ki, belə bir uğurlu layihəyə imza atmağı bacardı", - Quliyev deyib.

Digər tərəfdən, Quliyev hesab edir ki, bu peyk Azərbaycana böyük iqtisadi gəlirlər gətirəcək.

"Bu peyk Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında müstəsna rol oynayacaq. Azərbaycanın bütovlükdə internetə, informasiyaya çıxışına və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradacaq. Şübhə etmirəm ki, Azərbaycan bu sahədə uğurlarını davam etdirəcək", - millət vəkili deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.