Xəbərlər

Azərbaycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı bazası yaradılır
08 fevral, 2013 20:50

 

Azərabycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı bazası yaradılır. Yeni sistemin təqdimatını Azərbaycan Turizm Assosiasiyasının (AZTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə AZTA öz internet səhifəsində "black list" (qara siyahı) adlanan xidmət yaradıb. Bazada dəfələrlə bron edib, aviaturdan imtina edən, həmçinin digər problemlər yaradan müştəri barədə məlumatlar, yaratdığı problemin təsviri veriləcək.

O həmçinin qeyd edib ki, bir sıra hallarda bir turizm şirkətində dələduzluq edən işçi barədə də məlumat toplanacaq.

"Turizm kampaniyalarında dələduzluq edən işçilərin digər turizm şirkətinə işə qəbul olunmaması, onların əməllərindən başqa şirkətlərin məlumatlandırılmasına şərait yaradır", - o deyib

Bağırov bildirib ki, həmin sistemdə dələduzluq edən turizm şirkətləri, suppartnyorlar barədə məlumat yerləşdirmək üçün bənd yaradılıb.

Tədbir zamanı turizm şirkətlərinin nümayəndələrinə həmin sistemə məlumatların əlavə olunması nümayiş olunub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.