Xəbərlər

IDEA kampaniyası ali təhsil müəssisələrində koordinatorların seçimini elan edir
08 fevral, 2013 20:41

 

Ətraf mühitin qorunması işində gənclərin cəlb edilməsinə daim xüsusi diqqət yetirən IDEA kampaniyası daha da geniş gənclər şəbəkəsini əhatə etmək, universitetlərdə dayanaqlı ekoloji mədəniyyəti formalaşdırmaq, tələbələr arasında ekoloji düşüncəni təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir ali təhsil müəssisəsində kampaniyanın koordinatorlarının seçiminə başlayır.

İDEA-dan  verilən məlumata görə, təhsil aldığı müəssisədə IDEA kampaniyasının koordinatoru kimi fəaliyyət göstərmək istəyən gənclər 2013-ci il fevral ayının 20-ə kimi CV və "istək məktubu"nu [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, seçim prosesini müvəffəqiyyətlə keçən namizədlər ilk öncə IDEA Resurs Mərkəzində "Ətraf mühitin mühafizəsi", "Layihələrin yazılması" və "Komanda işi" və s. mövzularda təlimlərdə iştirak etmək şansı əldə edəcəklər. Təlimləri uğurla başa vuran tələbələr IDEA kampaniyasının koordinatoru kimi fəaliyyət göstərmək üçün xüsusi sertifikatlarla təltif olunacaqlar. Daha sonra tələbələr öz universitetlərində 10 nəfərlik komanda yaratmaqla 1 illik fəaliyyətə başlayacaqlar.

Formalaşan komandalar müxtəlif seminarlar, universitet daxili ekoloji debatlar, elmi müzakirələr və s. kimi ətraf mühitin mühafizəsi mövzusuna dair tədbirlər təşkil edəcəklər.

Hər bir ali təhsil müəssisəsində fəaliyyət göstərəcək IDEA koordinatorları ekoloji layihələr və tədbirlər haqqında daha çox gəncləri məlumatlandıracaq, həmçinin tələbələrin elmi və praktiki biliklərinin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq fəal iş aparacaqlar.

Ətraf mühitin mühafizəsi işində gənclərin iştirakının vacibliyinə xüsusi önəm verən IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.