Yasamal sakinləri suya "həsrət qalacaqlar"
07 fevral, 2013 23:41
Sabah Yasamal rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulacaq. Bununla əlaqədar fevralın 8-də gün ərzində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli, M.Müşfiq küçələrinə, eləcə də Parlament prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.