Xəbərlər

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
07 fevral, 2013 23:24

 

Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

"Azərsu" ASC-nin mətbuat xidmətindən  verilən məlumata görə, layihəyə əsasən, şəhərə içməli su Mingəçevir su anbarından veriləcək. İstehlakçıların dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaq. Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 20 min kubmetr olan 2 ədəd su anbarı inşa ediləcək.

Layihəyə əsasən, şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 250 km layihələndirilən şəhərdaxili paylayıcı su şəbəkəsinin 75 km-lik hissəsi inşa edilib. Bununla paralel olaraq, ümumi uzunluğu 223 km kanalizasiya şəbəkəsinin 46 km-lik hissəsində işlər yekunlaşıb. Çirkab suların təmizlənməsi məqsədilə Mingəçevir şəhəri yaxınlığında sutkalıq məhsuldarlığı 25 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.

Layihə üzrə işlərin 2013-cü ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bununla da Mingəçevir şəhərində 100 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.