Xəbərlər

"Albalı" kartı tərəfdaşlıq şəbəkəsini genişləndirir
07 fevral, 2013 23:17

 

"Unibank"ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. Hər gün daha çox insan çox-çox sərfəli "Albalı" kartına sahib olaraq, "Unibank"ın gündən-günə genişlənən tərəfdaş mağazalar şəbəkəsində alış-veriş etmək imkanı qazanırlar. Bu tərəfdaşlar siyahısına dəbli geyimlərin satışı ilə məşhur olan "Mango" mağazalar şəbəkəsi də qatılıb.

Bankdan cümə axşamı verilən məlumata görə, "Unibank"ın çox-çox sərfəli kartı "Albalı" ilə artıq bütün "Mango" mağazalarından alış-veriş etmək mümkündür. "Unibank"la "Mango" mağazalar şəbəkəsi arasında əməkdaşlıq müştərilərə "Mango" dəb geyimlərini taksitlə, daha uzun müddətə ödəniş etməklə almaq imkanı yaratmağa yönəldilib.

"Albalı" kart sahibləri "Mango" mağazalarından istənilən geyimi və aksessuarı 3 və 6 aylıq taksitlə almaq imkanı qazanıblar. Məhsulun qiymətinin 3 aya ödənişi zamanı müştəri 5% əlavə komissiya ödəyir. 6 aylıq taksitlə ödəniş zamanı isə komissiya 7% hesablanır.

Müştərilər "Albalı" kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən "Albalı" kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.

"Albalı" kartı ailə büdcəsi üçün çox sərfəli bir alətdir. Bu kart sahibinə "Unibank"ın partnyoru olan 350-ən çox alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir.

"Albalı" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə onlayn sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın "facebook" səhifəsindən (www.facebook/unibank.az) və ya 117 nömrəsindən öyrənmək mümkündür.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.