Xəbərlər

Əkrəm Əylislinin "Daş yuxular" əsəri "daşa tutuldu"
07 fevral, 2013 22:43

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü və millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin iştirakı ilə Əkrəm Əylislinin "Daş Yuxular" əsəri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliynin sədri Seymur Orucov deyib ki, bu əsər xalqımızı aşağıladan bir əsərdir.

"Əkrəm Əylisli bəlkə də çoxlarının gözündə qabiliyyətli bir yazıçı kimi tanınıb, lakin Azərbaycan xalqında bu günə qədər bu dərəcədə millətini, dinini, etnik quruluşunu təhqir edən birisi olmayıb", - Orucov deyib.

O qeyd edib ki, YAP gəncləri ölkə başçısının Əkrəm Əylislinin xalq yazıçısı və Prezident təqaüdündən məhrum edilməsi haqqında sərəncamını alqışlayır.

Millət vəkili Nizami Cəfərov bildirib ki, Əkrəm Əylisli o mükafatları alan zaman heç də hamı bunun tərəfdarı olmayıb.

"Əkrəm Əylisli haqqında daim siyasi məzmunlu belə bir fikir olub ki, "bu adam bu gün bir cür danışır, sabah başqa cür danışır". Gah mükafat alır, gah o mükafatdan imtina edir, gah tərifləyir, gah da pisləyir və sair", - Cəfərov deyib.

Deputat Musa Quliyev isə deyib ki, yazıçının əsərində roman kateqoriyasına uyğunluq azdır.

"Bu, siyasi məqsədlərə xidmət edən bir yazı hesab edilir. Burada göstərilir ki, guya azərbaycanlılar Əylis kəndinin timsalında ərazimizdə yaşayan erməniləri qəddarcasına öldürüb və onların evlərində yaşamağa başlayıblar", - Quliyev deyib.

O, əsərin həddindən artıq yalan və iftiradan ibarət olduğunu bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.