Xəbərlər

“ASAN xidmət” fəaliyyət əhatəsini genişləndirir
07 fevral, 2013 22:37

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzi 15 yanvar 2013-cü il tarixindən indiyədək 10 mindən artıq vətəndaşa uğurla xidmət göstərib.

Agentlikdən  daxil olan məlumata görə, hazırda "ASAN xidmət" mərkəzinin əhatə dairəsi genişlənməkdədir. Fevralın 11-dən etibarən Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər.

Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.

Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli "Çağrı" mərkəzinə stasionar(ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaqdır. "108" nömrəsinə edilən zəng və aparılan danışıq, habelə "Çağrı" mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.