Azərbaycan MDB ölkələri DİN-lərinin insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında sazişə qoşulur
07 fevral, 2013 22:35
Azərbaycan Prezidenti İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında" sazişə qoşulmaq barədə qanunu təsdiq edib.
Azərbaycan 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında" sazişə Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) qoşulur.