Xəbərlər

Mərkəzi Bankda "Maliyyə savadlılığı" layihəsi çərçivəsində təlim keçirilib
07 fevral, 2013 22:33

 

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi PwC (PricewaterhouseCoopers) Akademiyası ilə birlikdə kommersiya bankları üçün təlim keçirib.

Bankdan  verilən məlumata görə, təlimin keçirilməsinin əsas məqsədi bank əməliyyatlarına dair müştəriləri ətraflı və düzgün məlumatlandırmaq üçün kredit mütəxəssislərinə və müştəri təmsilçilərinə maliyyə savadlılığının əsasları barədə zəruri biliklərin verilməsidir.

Təlim proqramında ailə büdcəsi və onun xüsusiyyətləri, ailənin balans hesabatı, maliyyə hesabatının əsasları, maliyyə təhlili və digər məsələlərə xüsusi diqqət yetirilib. Həmin mövzular kommersiya banklarının əməkdaşları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Mərkəzi Bankın 2011-2014-cü illər üzrə strateji hədəflərinə uyğun olaraq "Maliyyə savadlılığı" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra digər tədbirlərin də keçirilməsini planlaşdırır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.