Xəbərlər

Məleykə Abbaszadə: Azərbaycanda 12 illik sistemlə təhsil alanlar ali məktəblərə attestat qiymətləri əsasında qəbul edilə bilərlər
07 fevral, 2013 22:30

 

Azərbaycanın orta məktəblərində 12 illik sistemlə təhsil alan şəxslər ali məktəblərə yalnız attestat qiymətləri əsasında qəbul edilə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə  deyib ki, Azərbaycanda orta məktəblərdə 12 illik təhsil sisteminə kecid son nəticədə qəbul sistemində dəyişikliyə də səbəb olacaq.

"Təbii ki, bu sistem qəbulda dəyişikliyə səbəb olacaq. Bu proseslər təhsil prosesində gedəndə biz də onu izləyəcək və dəyişiklik həyata keçirəcəyik. 12 ildən sonra yəqin ki, elə attestata əsasən məzunlar ali məktəblərə qəbul oluna biləcəklər", - Abbaszadə deyib.

O bildirib ki, 12 illik təhsil sisteminə keçid üçün çox ciddi işlər aparılmalıdır. Yeni kurikulumlar, yeni proqramlar, yeni dərsliklər hazırlanmalı, müəllimlərin hazırlığı aparılmalıdır.

"Hazırda V siniflər üçün nəzərdə tutulmuş kurkulumlar 11 illik təhsil sisteminə hesablanıb. Onlar 6 ildən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Gələn il oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir", - TQDK sədri əlavə edib.

Qeyd edək ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulur.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.