Messi 12 milyon avrodan imtina etmir
07 fevral, 2013 22:21
Lionel Messi bu gün İspaniyanın "Barselona" komandası ilə yeni saziş imzalayacaq.
Xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu ildə 12 milyon avro qazanacaq.
Nəticələrdən asılı olaraq, bu məbləğ hər il daha 4 milyon avro artırıla bilər. Bundan başqa, müqaviləyə əsasən, Messinin əldə etdiyi hər bir "Qızıl top"a görə 1 milyon avro bonus nəzərdə tutulub.