Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılmasına hazırlıq prosesi
07 fevral, 2013 22:20
Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace/Africasat-1a" orbitə buraxılacaq.
Azərbaycan peyki ilə birlikdə İspaniyanın "Amazonas-3" peyki də buraxılacaq.
Fransanın "Arianespace" şirkətinin "Ariane-5" raketdaşıyıcısının sayca 212-ci buraxılışı Qviana kosmik mərkəzinin ELA-3 start kompleksindən həyata keçiriləcək.
Fransa Kosmik Agentliyi (CNES) peyklərin orbitə buraxılması ilə bağlı hazırlıq prosesinin fotosessiyasını yayıb.