Türkiyədə yeddi yeni aeroport tikiləcək
07 fevral, 2013 20:27
Hazırda Türkiyədə daha yeddi yeni aeroportun tikintisi üzrə işlər görülür. Bu barədə ölkənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyinin hesabatında deyilir.
Beləliklə, ölkədə aeroportların fəaliyyət göstərəcəyi vilayətlərin sayı hazırkı 42-dən 46-ya çatacaq.
Həmin layihələrin reallaşdırılması nəticəsində Türkiyədəki aeroportların sayı 56-ya çatacaq. Hesabatda deyildiyi kimi, 2003-cü ildən bu günədək aeroportların genişləndirilməsi və bu sektora investisiyaların qoyulması üzrə işlər 2,5 dəfə artıb.