Xəbərlər

Türkdilli ölkələrin XİN rəhbərləri Əfqanıstanda sosial layhələrin icrası üzrə razılığa gəliblər
06 fevral, 2013 21:25

 

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təşkilatın gündəliyində duran məsələlər haqqında bəhs edib. Baş katib, həmçinin təşkilatın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu almaq istiqamətində gördüyü işlər, təşkilata üzv ölkələrin nəqliyyat və iqtisadiyyat nazirlərinin planlaşdırılan görüşü, Bakıda keçirilmiş türkdilli ölkələrin diaspor qurumlarının toplantısı haqqında məlumat verib.

Nazirlər təşkilatın fəaliyyətinin gücləndirilməsi və region ölkələrində, xüsusilə də Əfqanıstanda birgə sosial layhələrin icra olunması üzrə razılığa gəliblər.

Məmmədyarov, həmçinin Pakistan və Qırğızıstanın xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.