"Yapı Kredi İnvest"ə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib
06 fevral, 2013 21:21
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Yapı Kredi İnvest" MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə komitənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.