Xəbərlər

Azərbaycanın Trans-Xəzər qaz kəməri üzrə mövqeyi Rusiyada sual doğurmur - səfir
06 fevral, 2013 21:13

 

Azərbaycanın Trans-Xəzər qaz kəmərinin çəkilməsi layihəsi üzrə mövqeyi Rusiyada heç bir sual doğurmur.Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.

"Vəziyyət belədir ki, bu məsələ Xəzərin razılaşdırılmamış statusu üzrə danışıqların predmetidir. Burada Rusiya və İranın mövqeyi ondan ibarətdir ki, Trans-Xəzər qaz kəməri ekoloji ekspertizanın bütün Xəzəryanı dövlətlərlə razılaşdırıldığı zaman tikilə bilər. Habelə Azərbaycan, Qazaxıstan və Türkmənistanın mövqeyi mövcuddur və onlar hesab edirlər ki, ekoloji ekspertizanı yalnız hansısa konkret layihəyə cəlb olunmuş tərəflər təsdiqləməlidir. Biz hesab edirik ki, nə qədər ki Xəzəryanı dövlətlərin özləri bu məsələlər üzrə razılığa gəlməyiblər, hansısa konkret layihəyə başlamaq məqsədəuyğun olmazdı", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi tranzit ərazi verməkdən ibarətdir.

"Bu [mövqe] bizə aydındır və heç bir sual doğurmur. Ona görə də bizim Trans-Xəzər qaz kəməri üzrə Azərbaycanla toqquşduğumuza dair ehtimallar tamamilə yanlışdır", - Doroxin deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.