Xəbərlər

Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çatıb
06 fevral, 2013 21:09

 

2013-cü ildə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi yeni rekord göstəricilərə çata bilər. Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.

"11 ayın yekunları üzrə əmtəə dövriyyəsi 3,2 milyard dollara çatıb ki, bu da iki ölkənin münasibətlərinin bütün tarixi ərzində rekorddur. Ticarət ötən ilin analoji dövrü ilə müqayisədə 23,3 faiz artıb. Biz ilin yekunları üzrə 3,3-3,5 milyard dollaradək artım gözləyirik. Belə artım templərinin nəzərə alaraq, 2013-cü ildə yeni rekord gözləyirik", - Doroxin qeyd edib.

Bu gün MDB ölkələri arasında Azərbaycan Rusiyanın ticarət tərəfdaşları siyahısında Özbəkistanla dördüncü və beşinci yerləri bölüşür.

Doroxinin sözlərinə görə, Azərbaycana Rusiyadan ixrac olunan malların arasında avadanlıqlar, nəqliyyat vasitələri, metal məhsullar, kimya sənayesi məhsulları və başqa mallar üstünlük təşkil edir. Azərbaycandan ixrac məhsullarının 60 faizini mineral resurslar, 30 faizini isə ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir.

Səfir bildirib ki, yaxın vaxtlarda Rusiyanın Azərbaycanın ən iri ixracatçıları siyahısında Türkiyəyə çata biləcəyi istisna edilmir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.