Xəbərlər

Qeyri-neft sektorunda ən böyük vergi ödəyicisi "Azercell" 2012-ci ilin hesabatını verdi
06 fevral, 2013 21:02

 

Bu gün "Azercell Telekom" MMC 2012-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirib.

MMC-dən  verilən məlumata görə, mətbuat konfransında çıxış edən şirkətin prezidenti Kiril Qaburiç qeyd edib ki, "Azercell Telekom" ötən il ərzində başlıca prinsiplərinə - keyfiyyətli rabitə və dünya standartlarına cavab verən müştəri xidmətlərini təmin etməyə sadiq qalıb. Belə ki, 2012-ci il ərzində 1000-ə yaxın yeni radio baza stansiyası qurulub, Müştəri Xidmətləri mərkəzlərinin sayı 54-ə (32-si bölgələrdə olmaqla) çatıb. Şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edən "Azercell"in abunəçi sayı 2012-ci ildə 4,4 milyonu keçib.

2012-ci ildə "Azercell"in uğurlarının ən bariz nümunəsi "Eurovision-2012" musiqi yarışmasına baş sponsorluq etmək, 4-cü nəsil mobil internet texnologiyası olan LTE-ni ilk dəfə olaraq Azərbaycanda tətbiq etmək və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək olub. Hazırda Azərbaycanda ən sürətli mobil interneti məhz "Azercell" təqdim edir ("Ookla" şirkətinin sürət testlərinə əsasən).

2012-ci il ərzində şirkət dövlət büdcəsinə 90 milyon manat (fəaliyyət göstərdiyi 16 il ərzində isə ümumlikdə 925 milyon manat) vergi ödəyib, Azərbaycanda telekommunikasiyanın inkişafına 100 milyon manat (16 il ərzində ümumilikdə 1 milyard manat) sərmayə yatırıb. Beləliklə də "Azercell" ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisidir.

İl ərzində şirkət öz işçilərinin inkişafına 1,1 milyon manat həcmində vəsait xərcləyib. Ötən il "Azercell" "Investors In People" (IIP) şirkətinin İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş Sertifikata layiq görülüb, "EPSI Rating" şirkətinin tədqiqat reytinqində müştəri məmnuniyyətinə görə birinci yerə çıxıb, həmçinin ötən il ikinci dəfə nüfuzlu "Beynəlxalq Biznes Mükafatı"na (International Business Awards - Stevie) layiq görülüb.

Hər il olduğu kimi, 2012-ci ildə də "Azercell" sosial layihələrə böyük önəm verib və bu istiqamətdə xərclədiyi vəsait 1,6 milyon manat olub. "Azercell" ötən il ərzində həm də İnformasiya Texnologiyaları sahəsində "start-up" layihələrin dəstəklənməsinə də xüsusi önəm verib, gənclərin bir sıra biznes ideyalarının həyata keçirilməsini maliyyələşdirib. "Azercell" sosial media sahəsində də Azərbaycanın ən populyar brendi olaraq qalmaqdadır ("Socialbakers" şirkətinin reytinq cədvəlinə əsasən). "Azercell" tərəfindən müxtəlif sosial şəbəkələr vasitəsilə həm maraqlı xidmətlər təklif edilir, həm də müştəri xidmətləri göstərilir.

Qaburiç həmçinin bildirib ki, "Azercell" 2013-cü ildə də çox iddialıdır. Mobil Nömrə Daşınması Xidmətinə tam olaraq hazır olan "Azercell" bu il ərzində ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda davam edəcək və öz şəbəkəsini və müştəri xidmətlərini daha da təkmilləşdirəcək.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.