Xəbərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ən nüfuzlu ixtisasları müəyyənləşdirib
06 fevral, 2013 21:00

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda hər ixtisas qrupu üzrə ən nüfuzlu ixtisası müəyyənləşdirib.

Komissiyadan çərşənbə günü  verilən məlumata görə, bu tədris ilində Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)" ixtisasına daha çox üstünlük veriblər.

Komissiyadan bildirilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqənin artmasına, plan yerlərinin artması isə müsabiqənin azalmasına səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuzu səviyyəsini tam ifadə edə bilməz. Ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır. Bu baxımdan ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgündür.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.