Xəbərlər

MDB ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkənin yaradılması müzakirə olunub
06 fevral, 2013 20:46

 

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovla görüşüb.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı MDB ölkələri arasında dövlət qulluğu sahəsində bilik və təcrübə mübadiləsinə dair Regional XAB-ın (MDB ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə) yaradılması barədə müzakirələr apaılıb.

Xəlilov Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Regional XAB-ın yaradılmasında maraqlı olduğunu vurğulayıb və bunun dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Qeyd edilib ki, dövlət qulluğu sahəsində Regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.

Görüşdə Komissiya və Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.