Azərbaycanda Sim-kartların yeni növləri tətbiq ediləcək
06 fevral, 2013 20:35
"Azercell Telekom" MMC elektron-rəqəmsal imza açarlarının generasiyası üçün kriptoqrafik funksiyalar daşıyacaq Sim-kartların ilk hissəsini sifariş verib. Bu barədə çərşənbə günü şirkətin rəhbəri Kiril Qaburiç mətbuat konfransında deyib.
"Pilot layihənin işə salınması yaxın müddətdə gözlənilir. Bizim Estoniya, İsveç və Finlandiyada tətbiq edilən təcrübəmiz var. Həmin təcrübəni Azərbaycana gətirə bilərik", - Qaburiç qeyd edib.