Xəbərlər

Azərbaycan, Türkmənistan və Aİ arasında Trans-Xəzər qaz kəmərinin çəkilişi ilə bağlı iki sənəd hazırlanır
06 fevral, 2013 20:27

 

Trans-Xəzər qaz kəmərinin çəkilməsi ilə bağlı Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar aparılıb. Hazırda bununla bağlı iki sənədin layihəsi hazırlanır.  Bunu çərşənbə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib.

Nazirin sözlərinə görə, birinci layihə siyasi bir sənəddir və Türkmənistan və Azərbaycanın dövlət başçıları və Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo tərəfindən imzalanmalıdır, yəni bu, dəhlizin reallaşması haqqında dəstəkdir və sənəddə Trans-Xəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunacaq. İkinci sənəddə isə Trans-Xəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan-Türkmənistan hökumətlərarası sazişinin hazırlanmasıdır.

"Biz bununla bağlı görüşlər keçirmişik və demək olar ki, sənədlər hazırdır. Ancaq bir-iki məsələ var ki, tərəflərə aydın deyil. Türkmənistan tərəfi bununla bağlı razılığını bildirir. Yəni onlar bildirirlər ki, Türkmənistan tərəfi layihə üçün təxminən 30 milyard kubmetrə kimi təbii qaz verməyə hazırdır. Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına verməyə hazırdır. Azərbaycan Türkmənistan tərəfindən gələn təbii qaza tam təminat verməyə hazırdır, yəni Azərbaycan tərəfi yenidən bu layihədə iştirakını dəstəkləyir və bu işlərdə fəal iştirak edəcək. Bu kəmərin 90-cı illərdə Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollar qiyməti var idi, amma indi qiymətlər qalxıb, vəziyyət dəyişib. Təkcə Xəzərin dibi ilə boru xəttinin çəkilməsi 1-2 milyard dollar təşkil edə bilər", - Əliyev bildirib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.