Xəbərlər

Azərbaycanda ilk dəfə sığorta hadisələrinin qeydiyyatı onlayn rejimdə aparılacaq
06 fevral, 2013 20:16

 

Zərərin tənzimlənməsi hər bir sığorta şirkətinin müştərisi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də sığorta iddiasının emalını avtomatlaşdırmaq üçün AXA MBASK mütəxəssislərinin hazırladıqları proqram təminatı ilə sığorta ödəmələri ilə bağlı məlumatı daxil etməkdən tutmuş hesabatın tərtibatınadək müştəri ilə aparılan işlərin bütün mərhələlərini onlayn rejimdə bir neçə dəqiqə ərzində başa vurmaq mümkündür.  Bu barədə AXA MBASK-ın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu yenilik sığorta hadisəsinin qeydiyyatı, sığorta hadisəsi haqqında məlumatın (təsviri, şəkillərin yüklənməsi, hadisənin iştirakçıları haqqında) daxil edilməsi, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, müştərinin şirkətə gəlişinin hazırlanması kimi hərəkətləri tezləşdirib tənzimləməyə də imkan verir.

Bununla yanaşı, ölkənin bütün regionlarda fəaliyyət göstərən şirkətin qəza komissarları baş verən yol-nəqliyyat hadisəsi barədə sığorta şəhadətnaməsi tərtib edən sığorta agentini və bölgə rəhbərini avtomatik olaraq xəbərdar edirlər. Bundan sonra məsələni nəzarətdə saxlayacaq olan sığorta agenti və bölgə rəhbəri müştərinin sığorta şirkətində nümayəndəsi kimi lazımi sənədləri toplamaq, məsləhətlər vermək və s. işləri görəcəklər.

Onu da qeyd edək ki, şirkət nağd ödəməni ən qısa zamanda, ləngiməsiz və bürokratik gecikdirmələri yan keçərək həyata keçirir. Bundan əlavə, bölgələrə ödəmələr bank köçürməsi vasitəsilə aparılır, yəni yerli sığortalının və ya zərərçəkənin uzun yol qət edib şirkətin Bakıdakı mərkəzi ofisinə gəlməsinə ehtiyac qalmır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.