Xəbərlər

Aleksandr Mişenko: Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirəcək
06 fevral, 2013 13:27

 

Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar çərşənbə günü keçirilən brifinqdə bəyan edib.

"Bu gün iki ölkə arsında 125 sənəd imzalanıb, dövlət qurumları arasında ikitərəfli əməkdaşlığa dair daha beş sənəd baxılma mərhələsindədir", - Mişenko deyib.

Onun sözlərinə görə, ötən il mal dövriyyəsinin həcmi 900 milyon dollardan artıq təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə onun artımından xəbər verir.

Səfir əlavə edib ki, yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Mişenkonun sözlərinə görə, Ukrayna şirkətləri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının hazırlanması çərçivəsində layihələrdə iştirak etməyi planlaşdırır. İştirak məsələsinə hökumətlərarası komissiyanın növbəti iclasında baxılacaq.

Habelə, diplomatın sözlərinə görə, bir sıra ikitərəfli səfərlər planlaşdırılır.

"Ukrayna XİN-in rəhbəri, ATƏT-in hazırkı sədri Leonid Kojaranın ilin birinci yarısında Azərbaycana səfərinə hazırlıq gedir", - Mişenko deyib.

Səfirin sözlərinə görə, planlaşdırıldığı kimi, bu il Kiyevdə Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclası keçiriləcək.

Səfir bildirib ki, bu məsələyə iki ölkənin dövlət başçıları administrasiyasında baxılır. Bu toplantı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasından əvvəl olacaq.

Mişenko qeyd edib ki, energetika sahəsi Ukrayna və Azərbaycan arasında əməkdaşlıqda prioritetlərdən biri olaraq qalır.

"Enerji əməkdaşlığı haqqında sazişin yeni layihəsi baxılma mərhələsindədir", - o deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.