Xəbərlər

Azərbaycanda magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
06 fevral, 2013 13:26

 

Azərbaycanda bəzi qurumların müraciəti əsasında magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılacağı gözlənilir. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq bu məsələ ilə bağlı hansı qərarın veriləcəyini onlar deyə bilməzlər.

"Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Biz hər il növbəti çağırışa qədər, yəni iyulun 1-ə qədər magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edib magistraturaya qəbul olunduqdan sonra hərbi xidmətə getsinlər", - Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı TQDK tərəfindən müvafiq orqanlara hər hansı təklif verilməyib.

Əliyevin sözlərinə görə, elmi yaradıcılıqlarını davam etdirmək istəyən bakalavrlar magistraturada təhsil almağı üstün tuturlar. O, magistraturada daha çox qızların təhsil almasını da oğlanların hərbi xidmətə çağırılması ilə əlaqələndirib.

"Görünür ki, oğlanların ali təhsil almalarında hərbi xidmətlə əlaqədar fasilənin yaranması onların yenidən elm sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il hərbi xidmətdə olması onların magistraturada təhsllərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir", - TQDK rəsmisi deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.