Türkiyə Pakistan üçün hərbi gəmi tikəcək
06 fevral, 2013 13:15
Türkiyə bir müddət əvvəl Pakistanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəminin tikintisi üzrə elan etdiyi tenderi udub. Bu barədə "Hürriyyət" qəzeti yazıb.
Türkiyənin müdafiə təyinatlı texnikanın istehsalı üzrə "Savunma Teknolojileri Mühendislik" (STM) şirkəti dünən Pakistanın Müdafiə Nazirliyi ilə saziş imzalayıb. Saziş çərçivəsində hərbi gəmi Kəraçi zavodunda tikiləcək. Bununla yanaşı, gəminin bütün hissələri Türkiyədə istehsal olunacaq.
Məlumat verilir ki, saziş habelə gəminin heyətinin təlimi və onun sınaqlarını da əhatə edir. Sazişin dəyəri və gəminin tikintisinin başlanacağı tarix hələlik məlum deyil.