Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərvə Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 5-dən 7-dək Abşeron yarımadasında nisbətən mülayim qış havası müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü, gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.