“Azərbaycan aşıqları” kitabı İranda Azərbaycan dilində nəşr edilmişdir
05 fevral, 2013 23:16
Görkəmli folklorşünas Əhliman Axundovun “Azərbaycan aşıqları” kitabı Tehranda ərəb qrafikalı Azərbaycan əlifbasında çap olunmuşdur.
Nəfis tərtibatla nəşr olunan 535 səhifəlik kitabda xalqımızın ən qədim yaradıcılıq nümunələrindən sayılan aşıq sənətindən miras qalan bədii-estetik nümunələr toplanmışdır.
“Azərbay” türkcə çap və yayım şirkəti tərəfindən yüksək keyfiyyətlə nəşr olunan kitabın orijinal üslubda dizayn olunaraq hazırlanması onun cəlbediciliyini daha da artırmışdır.