Xəbərlər

Berti Foqts: Azərbaycan millisində rəqabət artır
05 fevral, 2013 22:54

 

Azərbaycan millisində rəqabət artır.  AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dubay şəhərində keçirdiyi mətbuat konfransında deyib.

"Futbolçuların həvəslə məşq etməsi məni sevindirir. Bir neçə təcrübəli futbolçu təlim-məşq toplanışına cəlb olunmayıb. Onların əvəzinə gənc oyunçularla gəlmişik. Bu da rəqabətin artmasından xəbər verir", - Foqts bildirib.

O qeyd edib ki, Azərbaycan millisi mart ayında iki çətin oyunda qüvvəsini sınayacaq. "Ona görə də millinin tərkibi geniş olmalıdır. Bu təlim-məşq toplanışı bəzi futbolçular üçün son şansdır və bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm", - o deyib.

Alman baş məşqçinin sözlərinə görə, futbolçu üçün iki məqsəd var: oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq.

"Bu iki amili dərk etsələr, inkişaf olacaq. Sevindirici haldır ki, bu gün milliyə gənc futbolçular dəvət olunurlar. Bu, aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir", - o deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.